“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real Madrid”ə məğlubiyyətdə hər kəsin günahkar olduğunu və birinci günahkarın o olduğunu deyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports yazıb.
“Mən uzun illərdir “Mançester Siti”dəyəm və görkəmli komandanın, əsl maşının bir hissəsiyəm, lakin hazırda komandaya yaranan vəziyyətlərin öhdəsindən gəlməyə kömək edəcək nəyi isə təklif edə bilmərəm. Bu nəticələrə görə məsuliyyət hamımızın üzərinə düşür. Etiraf edirəm ki, sistemimizdə hər şey əvvəlki kimi işləmir" - Qvardiola deyib.
Xatırladaq ki, Mançesterdəki “Etihad” stadionunda keçirilən görüş 3:2 hesabı ilə “Real”ın xeyrinə başa çatıb.