İsrail əsgərləri 70-dən çox fələstinlini həbs edib

09:41 - 12 Fevral 2025 - DÜNYA

İsrail hərbçiləri İordan çayının qərb sahilində reydlər keçirib.

Ucnoqta.az xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail ordusunun Hebronun şimalındakı Əl-Arrub qaçqın düşərgəsinə təşkil etdiyi reyd zamanı azı 70 fələstinli həbs edilib.
Telekanal həmçinin Tulkərm şəhərində hərbçilərin qaçqınlar üçün sığınacaq kimi xidmət edən məscidə hücum etdiyi Nur Şəms düşərgəsində və Tulkərmin şərqində yerləşən Ramin şəhərində mülki şəxslərin həbsi barədə məlumat yayıb.

Məlumata görə, İsrail əsgərləri Kəfr əl-Labad, Əzzun, Əd-Zahiriyyə, Urif və Beyta şəhərlərində də reydlər həyata keçirib.

Xəbər xətti