Azərbaycan Mərkəzi Bankı (AMB) “PashaPay” MMC-yə məcburi göstəriş verib.
Bu barədə Ucnoqta.az AMB-yə istinadən xəbər verir.
Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında (ƏL/TMM) qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən, “PashaPay” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.///apa