Taylandda iti bir neçə dəfə dənizə atan şəxs həbs edilib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Tailandda iti dənizdə boğduğuna görə turist həbs edilib.
Hadisə bu ayın əvvəlində Surat-Tani əyalətinin Koh Samui şəhərində baş verib. Fevralın 7-də internetdə bir kişinin qorxmuş sahibsiz iti zorla suya atdığını göstərən video yayılıb. Çarəsiz köpək hər dəfə sahilə çıxmaq istəyəndə onu yenidən dərinliyə göndərirdi.
Sosial şəbəkə istifadəçiləri hakimiyyətdən cinayətkarı tapıb məsuliyyətə cəlb etməyi tələb ediblər. İnsidentdən sonra adam etdiyi hərəkətə görə üzr istəyib və kamera qarşısında özünü izah edərək bildirib ki, o, sadəcə olaraq itindən gənələri çıxarmağa çalışır.
Polis hadisəni törədənin Birma vətəndaşı olduğunu müəyyən edib. O, saxlanılaraq məhkəmə qarşısına çıxarılıb, əcnəbiyə 15 sutka həbs cəzası verilib. Fevralın 10-da məlum olub ki, Tailand İmmiqrasiya Bürosu həmin şəxsin vizasını ləğv edib və cəzasını çəkdikdən sonra onu deportasiya edəcək.