Avstraliya 172 milyon dollara 14 radar alacaq

08:15 - 12 Fevral 2025 - DÜNYA

Avstraliya silahlı qüvvələrin ehtiyacları üçün yeni radarların alınmasına 171 milyon dollardan çox vəsait ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazirin müavini Riçard Marles məlumat verib.

Onun sözlərinə görə, 14 yeni çox missiyalı mərhələli massiv radarları (MMPARs) Kanberrada yerləşən CEA Technologies şirkəti tərəfindən istehsal olunacaq.
Radarların qitənin cənubunda yerləşdirilməsi planlaşdırılır. Müqavilənin ümumi dəyəri 272 milyon Avstraliya dollarını (171,9 milyon dollar) keçir.
İlk partiyanın 2027-ci ildə çatdırılması planlaşdırılır.

Xəbər xətti