1 apreldə İsrailin Beyruta və ölkənin cənub hissəsindəki şəhərlərə endirdiyi hava zərbələri nəticəsində ən azı 17 livanlı həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu rəqəmlər hökumətin Fövqəladə Hallar Qərargahının TASS-a verdiyi məlumata istinadən bildirilir.
Qeyd edilir ki, ən çox itki Beyrutun cənubundakı Cnah məhəlləsinə endirilən hava zərbəsi zamanı qeydə alınıb və altı nəfər ölüb, 21 nəfər yaralanıb.
Tir yaxınlığındakı Sarifa kəndində hava hücumu zamanı üç mülki şəxs və bir tibb işçisi həlak olub, daha 19 nəfər yaralanıb. Beyrutun cənubundakı Xalda şəhərində İsrail pilotsuz təyyarəsi iki raketlə bir avtomobili məhv edib və nəticədə iki nəfər həlak olub.
Səhər saatlarında İsrail təyyarələri Ayn əl-Məzrab, Cvaya, Cibşit, Kəfra, Tufaqta, Haruf, əl-Babiliya və Yater şəhərlərinə hücum edib. Həmçinin, əl-Kovzəx və Beyt Lif şəhərlərinin ətrafı atəşə tutulub.