Sumqayıtda ər tibb bacısı işləyən arvadını boğub

10:12 - 13 Fevral 2025 - HADİSƏ

Sumqayıtda qətl törədilib.

Şəhərin Yaşıl Dərə yaşayış massivində 1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızı boğularaq öldürülüb.

O, Sumqayıtdakı xəstəxanaların birində tibb bacısı işləyirmiş.

Hadisəni törətməkdə şübhəli bilinən C.Quliyevanın əri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.///Qafqazinfo.az

Xəbər xətti