Zelenski barışmaq istədiyini deyir - Tramp

23:30 - 12 Fevral 2025 - DÜNYA

ABŞ prezidenti Donald Trampla söhbəti zamanı Volodimir Zelenski sülhə nail olmaq istədiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Truth Social sosial şəbəkəsində yazıb.

“Mən indicə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, Putin kimi, barışmaq istəyir. Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik”, - Tramp yazıb.

“Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik, lakin əsasən cümə günü Münhendə baş tutacaq görüşdə vitse-prezident Vens və dövlət katibi Marko Rubionun  başçılıq edəcəyi görüş barədə. Ümid edirəm ki, bu görüşün nəticələri müsbət olacaq. Kütləvi və tamamilə lazımsız ölüm və dağıntılara səbəb olan bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Allah Rusiya və Ukrayna xalqına kömək eləsin”, – Ağ Evin sahibi yazıb.

Xəbər xətti