Putin Trampı Moskvaya dəvət edib

22:02 - 12 Fevral 2025 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət edib.

Ucnoqta.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov iki ölkə liderləri arasında telefon danışığını şərh edərkən deyib.

"Putin Trampı Moskvaya səfərə dəvət edib və ABŞ rəsmilərini qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Ukrayna nizamlanması üzrə qəbul etməyə hazır olduğunu bildirib", - Kremlin sözçüsü jurnalistlərə bildirib.

Xəbər xətti