Həbsdə olan jurnalistin anasının dəfnində iştirakına icazə verildi

10:36 - 29 Yanvar 2026 - Cəmiyyət

Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Ucnoqta.az xəbər verir ki, bunu vəkil Cavad Cavadlı bildirib. 

Təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.

Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Xəbər xətti