Ermənistanın Avropaya inteqrasiya səyləri heç bir tərəfdaşa qarşı yönəlməyib - Kostanyan

13:41 - 13 Fevral 2025 - DÜNYA

Ermənistanın Avrointeqrasiya istiqamətində hərəkətləri onun tərəfdaşlarına, o cümlədən Rusiyaya qarşı yönəlməyib.

Ucnoqta.az xəbər verir ki, bunu respublikanın xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin iclasının yekunlarına dair brifinqdə deyib.

"Ermənistan Respublikasının hərəkətləri heç bir tərəfdaşa qarşı yönəlməyib. Biz bütün tərəfdaşlarla, o cümlədən Rusiya Federasiyası ilə dialoq qurmuşuq və davam etdiririk", - diplomat bildirib.

Kostanyan qeyd edib ki, yanvarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvada işgüzar səfərdə olub və orada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
"Moskvada kifayət qədər konstruktiv danışıqlar aparılıb", - Ermənistan xarici işlər nazirinin müavini vurğulayıb.

Xəbər xətti