İnsult keçirən xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Report-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.
Onun sözlərinə görə, anasının səhhəti yaxşılaşır:
"Özünü yaxşı hiss edir. Hazırda müalicəsi evdə davam etdirilir".
Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.