HƏMAS girovları razılaşdırılmış vaxtda azad edəcək

14:41 - 13 Fevral 2025 - DÜNYA

Fələstinin HƏMAS hərəkatı vasitəçilərlə danışıqların müsbət keçdiyini elan edib və bununla bağlı Qəzza zolağında atəşkəs razılaşmasına, o cümlədən təyin olunmuş vaxt çərçivəsində fələstinli əsirlərə girovların dəyişdirilməsinə əməl edəcəyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın Telegram kanalında dərc olunub.

Bildirilir ki, HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi danışıqlar heyəti Qahirədə Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Rəşad ilə danışıqlar aparıb. Həmçinin Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd Əbdül Rəhman Əl Tani ilə telefon danışığı aparıb.
Məsləhətləşmələr müsbət ruhda keçib və HƏMAS təsdiq edir ki, sazişin şərtlərini yerinə yetirməkdə davam edir, o cümlədən müəyyən olunmuş vaxt çərçivəsində məhbusların dəyişdirilməsi prosesi həyata keçiriləcək.

Xəbər xətti