Ukraynanın müdafiə naziri Pentaqonun rəhbəri ilə görüşüb

13:16 - 7 Dekabr 2023 - DÜNYA

Ukraynanın müdafiə naziri Rustem Umerov Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında dərc olunub.

Görüş zamanı Ukrayna Silahlı Qüvvələrinin NATO standartlarına nail olması müzakirə olunub. Umerov bunu Ukrayna ordusunun prioritet məqsədi adlandırıb.

Tərəflər 2024-cü il üçün döyüş planını və hərbi yardımın həcmini müzakirə ediblər. İclas iştirakçıları həmçinin müdafiə sənayesi və hava hücumundan müdafiə məsələləri üzrə qarşılıqlı fəaliyyətin vacibliyini qeyd ediblər.

Xəbər xətti