“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb. Fonddan Ucnoqta.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunan bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub. Mərasimdə "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov da iştirak edib. Elvin Hüseynov şəhidimiz Mahir Əliyevin övladı Əjdər Əliyevin doğum günü ilə əlaqədar təşkil olunan çay süfrəsi ətrafında da uşaqlarla söhbətləşib. İştirakçılar üçün həmçinin hovuz və musiqi əyləncəsi də təşkil olunub. Tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib. Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edib.