“Range Rover” TIR-a çırpıldı; 2 ağır yaralı - FOTO

11:55 - 30 Yanvar 2021 - HADİSƏ

Türkiyənin Osmaniye vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 30-da “Tarsus-Adana-Gaziantep” avtomagistrlaının Düziçi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yolun yağışlı və sürüşkən olması səbəbindən, hərəkətdə olan “Range Rover” maraklı avtomobil, sürücünün idarəetməsindən çıxaraq, eyin istiqamətdə hərəkətəd olan TIR-a arxadan çırpılıb. Zərbənin təsirindən “Range Rover”in ön hissəi TIR-ın altına girərək deformasiyaya uğrayıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini ağır xəsarətlər alıblar. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

Faktla əlaqədar aradşrıma aparılır.

 

Namiq Musayev

 

Xəbər xətti