Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşulan Biləsuvar rayonunda 12 yanvar 2021-ci il tarixdə qanvermə aksiyası keçirilib.
Ucnoqta.az xəbər verir ki, Biləsuvar rayon Mərkəzi xəstəxanasında rayon İcra Hakimiyyətinin və Respublika Mərkəzi Qan Bankının təşkilatçılığı ilə karantin qaydalarına uyğun təşkil olunan aksiyada İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların, icra nümayəndələri və bələdiyyələrin eləcə də rayon ictimaiyyətinin nümayəndələri aktiv şəkildə iştirak edib.
Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.