Dünyanın ən sürətli və zirehli “Ferrari”si hazırlandı - FOTOLAR

12:54 - 19 Dekabr 2020 - AVTO

Amerika şirkəti “AddArmor” “Ferrari 458 Speciale” superkarın zirehli versiyasını hazırlayıb.

Ucnoqta.az xəbər verir ki, maşın yaradıcıları yeniliyin öz dinamik xarakteriskasını itirmədiyini və dünyada ən sürətli və gülləkeçirməz avtomobil olduğunu bildiriblər.

“MotorTrand” portalının məlumatına görə, “AddArmor” şirkəti sportkarın konstruksiyasına polikarbonat paneli əlavə edib və bu da polad zirehdən 10 dəfə möhkəmdir, həm də 60% yüngüldür. Zirehin ümumi çəkisi 70 kq-dan bir az çoxdur. Eyni zamanda B4 Avropa standartlarına uyğundur. Bu da o deməkdir ki, zireh həm sürücünü, həm də sərnişini yüngül silahlardan (tapança) atılan atəşlərdən qorumaq iqtidarındadır.

Şirkətdən bildirilib ki, təqdim edilən prototipin qiyməti 625 min dollaradır. Əlavə avadanlıq təchizatları müştəriyə 28,000 dollara başa gələcək. “Ferrari 458 Speciale” 4,5 litirlik 605 at gücündə V8 mühhəriki ilə təchiz olunub. Avtomobil 3 saniyəni 100 km/s, 9,1 saniyəni isə 200 kilometr saata yığır. “Ferrari 458 Speciale”nin maksimal sürəti 330 kilometr saatdır.

 

Namiq Musayev

 

 


Xəbər xətti