Misirin Sohaq əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə əl-Koşeh kəndinin girişində qeydə alınıb. Bu barədə "Akhbar əl-Yom" portalı məlumat verib.
Portalın məlumatına əsasən, Kena şəhərindən Qahirəyə hərəkət edən reys avtobusu, Mersa-Matruha şəhərindən ölkənin şimalında yerləşən əl-Balabiş kəndinə gedən sərnişin mikroavtobusu ilə toqquşub.
Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Yerli polis Faktla əlaqədar araşdırmalara başlayıb.
Namiq Musayev