ABŞ-da məktəb avtobusunun və xidməti avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə Tennessi ştatının “58” avtomobil yolunda qeydə alınıb. Bu barədə oktyabrın 28-də “TASS” agentliyi məlumat verib.
Məlumata görə, mühəndis-texniki təminat maşınının sürücüsü vaxtında əyləcə basmayaraq məktəbli avtobusu ilə toqquşub. Qəza nəticəsində 7 yaşlı qız və avtobus sürücüsü ölüb, bir neçə nəfər də xəsarət alıb.
Ştat polisi hadisənin təfərrüatları ilə əlaqədar yaxın saatlarda geniş məlumat verəcəyini bildirib.
Namiq Musayev