Gəncədə son vəziyyət - Dağıntılar arasında iş aparılır -FOTO

10:56 - 11 Oktyabr 2020 - ÖLKƏ İÇİ

Gəncədə hadisə baş vermiş yerdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, mərmi düşən əraziyə gedən bütün küçələr Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən bağlanıb:

"Hazırda hadisə yerində FHN əməkdaşları işləyirlər, onlar dağıntılar altında qalan insanları çıxarmağa çalışırlar. O cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları da mərmi düşən yerdədirlər və düşmən tərəfindən hansı raketin atıldığı üzrə araşdırmalar aparılır".

Xatırladaq ki, Ermənistanın silahlı qüvvələri bu gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.


Xəbər xətti