Şakira dizayn etdiyi çimərlik geyimində - Foto

21:22 - 9 Sentyabr 2020 - MAQAZİN

Dünya şöhrətli müğənni Şakira vətəndaş nikahında yaşadığı futbolçu Jerar Pike və 2 oğlu ilə istirahətə gedib.

Maldivdə dincələn sənətçi sosial şəbəkədə öz dizayn etdiyi çimərlik geyimində fotosunu paylaşaraq bunları yazıb:

“Bu geyimin dizaynını mən etmişəm, dostum Beqo isə hazırlayıb. Hər zaman yay üçün öz çimərlik geyimimi yaratmaq istəmişəm”.///axsam.az


Xəbər xətti