Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.
Ucnoqta.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib.
Rəqibini 7:3 hesabı ilə üstələyən N.Məmmədli 2-ci dəfə Avropa çempionu adını qazanıb.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi, 67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov da Avropa çempionatında qızıl medal qazanıb.
İdmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.