Tacikistandakı zəlzələdə 100-ə yaxın ev dağılıb

07:47 - 14 Aprel 2025 - DÜNYA

Aprelin 13-də ölkədə baş verən və bir uşağın ölümü ilə nəticələnən zəlzələ nəticəsində Tacikistanın iki rayonunda 100-ə yaxın yaşayış binası dağılıb, daha bir neçə onlarla binaya ziyan dəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, ilkin məlumatlara görə, Rəşt rayonunun 5 kəndində 40 yaşayış binası tamamilə dağılıb, 5 yaşayış binası, 3 çayxana və 1 yardımçı məktəb binası qismən dağılıb. Bundan başqa, Uşturpast kəndində üç yaşlı uşaq evin divarına sıxılaraq ölüb.

Xəbər xətti