Türkiyə Nazirlər Kabineti bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək.
Ucnoqta.az Türkiyə mətbuatına istinaən xəbər verir ki. gündəmdə terrordan azad Türkiyə hədəfinə doğru atılacaq addımlar var. Ərdoğanın öz heyəti ilə PKK-nın tərksilah edilməsi və özünü ləğvi prosesinin təfərrüatlarını müzakirə edəcəyi gözlənilir.
Digər tərəfdən, kabinetdə Suriyadakı son vəziyyət və Ukrayna-Rusiya müharibəsində atəşkəs səyləri də müzakirə olunacaq.