Sabiq deputata vəzifə verildi

17:03 - 15 Aprel 2025 - Xəbər

Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

Ucnoqta.az musavat.com-a istinadla xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Konfransda təşkilati məsələlər müzakirə edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov səsvermə yolu ilə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Qeyd edək ki, Aqil Məmmədov Yeni Azərbaycan Partiyasından Milli Məclisin 6-cı çağırış deputatı olub.

Xəbər xətti