İran nüvə proqramını dayandırmayacaq

12:43 - 15 Aprel 2025 - DÜNYA

 İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 12-də Omanda ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff ilə dolayı danışıqlar zamanı bildirib ki, Tehran nüvə proqramını məhdudlaşdırmağa razı olmayacaq, lakin AEBA-nın nüvə obyektlərinə çıxışını təmin etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tehran Tayms” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqlar zamanı tərəflər arasında 10-a yaxın yazılı mesaj mübadiləsi aparılıb, ilk mesaj İran tərəfdən gəlib.
Əraqçi vurğulayıb ki, İran heç bir halda nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacaq, lakin aydınlaşdırıb ki, AEBA Tehranın nüvə obyektlərinə giriş icazəsi veriləcək yeganə təşkilat olacaq.///tass

Xəbər xətti