ABŞ İranın nüvə obyektlərinə zərbə endirməyi düşünür

20:55 - 14 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton lazım gələrsə, Tehranın nüvə obyektlərini məhv etməklə, İrana qarşı sərt addımlar atmağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Ağ Evdə El Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə bildirib.

"Bu, çox sadədir. Onların nüvə silahı ola bilməz və onlar tez hərəkət etməlidirlər, çünki onlar artıq onlarıəldə etməyə yaxındırlar və onlara sahib olmayacaqlar. Və əgər çox sərt bir şey etməliyiksə, biz bunu edəcəyik", - Tramp bildirib.

Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub. "Əlbəttə", - ABŞ prezidenti cavab verdi.

Xəbər xətti