HƏMAS-ın beşinci komandiri öldürüldü

18:50 - 15 Aprel 2025 - DÜNYA

İsrail hərbçiləri Qəzza şəhərinin Əş-Şücayya rayonunda radikal Fələstinin HƏMAS hərəkatının hərbi qanadının yerli batalyonunun komandirini öldürüblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Məhəmməd əl-Ajlah Qəzzada gedən döyüşlər zamanı öz batalyonunu silahla təmin etməyə cavabdeh olub.

Qeyd olunur ki, Əl-Ajlah Əl-Şücayyadakı Həmas batalyonunun müharibənin əvvəlindən məhv edilən beşinci, Qəzzada əməliyyatların bərpasından sonra isə üçüncü komandirdir.

Xəbər xətti