İstilik verilişi ilə bağlı qərar verildi

14:12 - 15 Aprel 2025 - Cəmiyyət

“Soyuq hava şəraiti ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək”.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Elvin Basqallı bildirib.

E.Basqallının sözlərinə görə, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.

Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir. Qanunvericiliyə görə, bu gün istilik təminatı dayandırılmalı idi.

Xəbər xətti