Qəzzada həlak olanların sayı 51 minə yaxınlaşır

16:02 - 14 Aprel 2025 - DÜNYA

2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 51 minə yaxınlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat anklavın Səhiyyə Nazirliyinin Telegram-kanalında dərc olunub.

Qeyd olunur ki, 2023-cü ilin oktyabr ayından Qəzzada hərbi əməliyyatların qurbanlarının sayı 50 983 nəfərə çatıb. 116 274 nəfər yaralanıb.

Bildirilir ki, son 24 saat ərzində Qəzzada 39 ölü və 118 yaralı xəstəxanalara yerləşdirilib.

Xəbər xətti