Aprelin 16-da Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat yayılıb. Laboratoriyanın saytındakı məlumata görə, bazar ertəsi saat 10:00 radələrində güclü M4.3 məşəli qeydə alınıb. Baş verən artımın ən nəzərə çarpan nəticəsi aprelin 16-na proqnozlaşdırılan G1-G2 səviyyəli maqnit qasırğaları olmalıdır