36 məktəbin direktoru işdən çıxarılıb, 34-ü...

17:55 - 15 Aprel 2025 - Cəmiyyət

Ötən il Azərbaycanda 36 məktəb direktoru vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.

Qeyd edilib ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

Cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək.

Xəbər xətti