Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri Amerikanın B-1B strateji bombardmançı təyyarəsi ilə təlimlər keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə KBS kanalı Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Amerika bombardmançı təyyarəsinin Koreya yarımadasının hava məkanında yerləşdirilməsi ilə bağlı birgə manevrlər baş tutub. Cənubi Koreya tərəfdən F-16 və F-35A, Amerika tərəfdən isə F-16 qırıcılarından istifadə edilib.
Manevrlər KXDR-də raket və nüvə proqramının inkişafı fonunda çəkindirmə potensialını göstərmək məqsədi daşıyıb. Təlim həm də Koreya Respublikası və ABŞ ordusu arasında koordinasiyaya kömək etməlidir.