Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən obyektlərin birində qeydə alınıb.
Belə ki, 20 yaşlı Fuad Cabbarov, 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 24 yaşlı Jalə Tamirazova,18 yaşlı Nigar Quliyeva və 5 yaşlı Emin Namazov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə 14.04.2025-ci il tarixində saat 18:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 3 nəfər (2 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti stabil olan 2020-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb.
1990-cı il və 2007-ci il təvəllüdlü şəxslərin müalicələri isə davam etdirilir, vəziyyətləri orta ağırdır.
Məlumata görə onlar qidadan zəhərləniblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.