İsrail hərbçiləri bir gündə Qəzza zolağında 35-ə yaxın yeni hədəfə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının hər yerində təxminən 35 terrorçu hədəfə zərbələr endirib. Hücum edilən hədəflər arasında Qəzzanın cənubunda terror təşkilatlarını silahla təchiz edən silah istehsalı müəssisəsi və İsrail ərazisini hədəf alan raketlərlə buraxılış meydançası var", - deyə məlumatda bildirilir.
Bundan əlavə, quru qoşunları anklavın cənub hissəsindəki Rəfah şəhəri ərazisində yerin təxminən 20 metr dərinliyində yerləşən yüzlərlə metr uzunluğunda tuneli məhv edib. Hərbçilərin sözlərinə görə, o, Fələstinin HƏMAS hərəkatının radikalları tərəfindən istifadə edilib və ərazidəki digər tunellərə qoşulub.