Son sutkada Rusiya Ordusu daha 1180 əsgərini, eləcə də onlarla hərbi texnikasını itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Həmçinin, müdafiə qüvvələri Rusiyanın 7 tankını, 20 zirehli döyüş maşını, 68 artilleriya sistemi, iki reaktiv yaylım atəş sistemi, iki hava hücumundan müdafiə sistemi, 147 operativ-taktiki pilotsuz uçan aparatı və 210 texnikasını məhv edib.
Baş Qərargahın məlumatına görə, Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya Federasiyası 935 160 əsgərini itirib.