"Mənə maşın hədiyyə edilməyib,... " - "Uçan" taksinin sürücüsü

10:34 - 14 Aprel 2025 - Xəbər

Bakıda ötən həftə BYD avtomobili ilə ağır qəza törədən sürücü Anar Nəcəfov xəstəxanadan video paylaşıb.

Ucnoqta.az-ın məlumatına görə, o, kart hesabına yüksək məbləğdə pul toplanması ilə bağlı iddialara aydınlıq gətirib.

Anar Nəcəfov bildirib ki, kartına 90 min manat pul yığılması və ona avtomobil hədiyyə edilməsi ilə bağlı deyilənlər yalandır: “Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir. O kart pulları başqalarına gedə bilər, bizim karta gəlməyib”.

Qeyd edək ki, qəza Heydər Əliyev prospektində baş verib. “Bolt” taksi şirkətinə məxsus avtomobilin sürücüsü idatəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan “Ford”a dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişini xəsarət alıb.///modern

Xəbər xətti