Çin hakimiyyəti qlobal avtomobil, yarımkeçirici və aerokosmik sənayelərə mənfi təsir göstərə biləcək ABŞ-la ticarət müharibəsi fonunda bir sıra nadir torpaq metallarının və maqnitlərin ixracını dayandırmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.
Qəzet yazır ki, Çin hökuməti bu müddət ərzində avtomobillərin, dronların və raketlərin yığılması üçün lazım olan maqnit və ağır nadir torpaq metallarının bir çox limanlarından daşınmalarını dayandıraraq yeni ixrac qaydaları sistemi hazırlayır.
NYT-nin məlumatına görə, görülən tədbirlər bəzi şirkətlərin, o cümlədən amerikalı hərbi podratçıların istehsal fəaliyyətinə, Yaponiya və Almaniyaya tədarüklərə ciddi təsir göstərə bilər.