Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun bazar günü bağırsaq əməliyyatı uğurla keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə G1 portalı siyasətçinin həyat yoldaşı Mişel Bolsonaroya istinadən məlumat yayıb.
"Əməliyyat uğurlu keçdi, indi mən onu görə biləcəyim palataya gedirəm", - portal onun sözlərini yazıb.
G1-in məlumatına görə, Bolsonaro üzərində bağırsaq keçməzliyinin aradan qaldırılması və qarın divarının bərpası üçün aparılan əməliyyat 11 saatdan çox davam edib. Yaxın vaxtlarda həkimlərin ətraflı məlumat verəcəyi mətbuat konfransının keçiriləcəyi gözlənilir.