Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 52 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bryansk vilayəti üzərində 33, Oryol vilayəti üzərində 10, Kursk və Tula vilayətləri üzərində üç, Kaluqa vilayəti üzərində iki, Belqorod vilayəti üzərində bir pilotsuz təyyarə vurulub.