Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.
Ucnoqta.az xəbər verir ki, üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə, yəni martın 22-dən 23-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.