Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.
Ucnoqta.az “Manset.az”a istinadən xəbər verir ki, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.
Siyavuş Novruzov idman edən zaman diz nahiyyəsini zədələyib.
O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb.
Xəstəxanada müalicə prosesləri davam etdirilir.
Siyavuş Novruzov “manset.az”a açıqlamasında bu barədə məlumatı təsdiq edib.