Çərşənbə günü gecə Rusiya hərbçiləri Oryol, Tula, Bryansk, Kursk vilayətləri, həmçinin Azov dənizi suları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 57 pilotsuz təyyarəni vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 35 PUA Kursk vilayətinin ərazisi üzərində, 13 PUA Oryol vilayətinin ərazisi üzərində, yeddi PUA Azov dənizinin suları üzərində, bir PUA Tula vilayətinin ərazisi üzərində və bir PUA Bryansk vilayətinin ərazisi üzərində zərərsizləşdirilib.