Kanada ABŞ-ın Ukrayna ilə bağlı sülh təşəbbüslərini dəstəkləyir

00:01 - 19 Mart 2025 - DÜNYA

Kanadanın baş naziri Mark Karni Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın söhbətini şərh edərkən ABŞ-ın Ukraynada atəşi dayandırmaq səylərini dəstəklədiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Karni Kanadanın şimalındakı Nunavut ərazisinə səfəri zamanı jurnalistlərə deyib.
Eyni zamanda, Kanadanın baş naziri əlavə edib ki, atəşkəs rejimi Ukrayna hökumətinin haqlı olaraq irəli sürdüyü müəyyən şərtlər nəzərə alınmaqla yaradılmalıdır.

Xəbər xətti