Martın 18-i səhər saatlarına olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ordusunun 897 010 əsgərini məhv edib. Son 24 saat ərzində daha 1560 əsgər məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya ordusunun ümumi döyüş itkiləri:
Şəxsi heyət - təxminən 897.010 (+1.560) nəfər,
tanklar - 10352 (+8) ədəd,
zirehli döyüş maşınları - 21.509 (+20) ədəd,
artilleriya sistemləri - 24,640 (+42) ədəd,
MLRS – 1319 (+1) vahid,
hava hücumundan müdafiə sistemləri - 1107 (+3) ədəd,
təyyarə - 370 (+0) ədəd,
helikopterlər - 331 (+0) ədəd,
Əməliyyat-taktiki səviyyəli PUA-lar – 29616 (+149),
qanadlı raketlər - 3121 (+0),
gəmilər/qayıqlar - 28 (+0) ədəd,
sualtı qayıqlar - 1 (+0) ədəd,
avtomobil texnikası və sisternlər – 40892 (+107) ədəd,
xüsusi texnika - 3780 (+2)