İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (ABEA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, iranlı diplomat X sosial şəbəkəsindəki səhifəsində yazıb. Tərəflər Tehranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə ediblər.
Görüş zamanı İran və MAQATE arasında əməkdaşlıqla bağlı məsələlər, qalan iki problemin həlli - nüvə obyektlərinin təhlükəsizliyi və nüvə proqramı ətrafında baş verən son hadisələr, eləcə də sanksiyaların ləğvi müzakirə edilib.