Bir ailənin üç uşağı dəm qazından zəhərlənib

09:02 - 17 Mart 2025 - ÖLKƏ İÇİ

Gəncədə dəm qazından zəhərlənmə baş verib.

Ucnoqta.az xəbər verir ki, 2012-c il təvəllüdlü F.Şamilova, 2015-ci il təvəllüdlü H.Şamilov və 2017-ci il təvəllüdlü Z.Şamilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal uşaqlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, zəhərlənən uşaqlar bir ailənin üzvüdür.

Onların yaşadıqları evin vanna otağında dəm qazından zəhərləndiyi qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti