Almaniya hüquq-mühafizə orqanları Vürselen (Şimali Reyn-Vestfaliya) şəhərindəki klinikanın 44 yaşlı tibb qardaşını 9 xəstənin qətlində və daha 34 nəfərin öldürülməsinə cəhddə ittiham edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.
Nəşrin məlumatına görə, kişi xəstələrə öldürücü iynələr vurub. İttihama görə, serial qatil olduğu iddia edilən şəxs gecə növbəsində dinclik və sakitlik istəyirdi.
Adam 2024-cü ilin iyulunda 11 adam öldürməyə cəhd ittihamı ilə həbs edilib.
Ancaq istintaq getdikcə daha çox hal aşkar edildi. Vəziyyəti aydınlaşdırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə qəbiristanlığa baş çəkib və azı 4 cəsədi eksqumasiya ediblər.
Fevralın ortalarında Axen şəhər prokurorluğu tibb qardaşını 5 qətldə və 25 adam öldürməyə cəhddə ittiham edib.
Lakin istintaq bununla yekunlaşmayıb. Kişi əlavə olaraq dörd qətl və doqquz adam öldürməyə cəhddə ittiham olunub.
Həmçinin qeyd edilir ki, qurbanlar arasında təkcə sağalmaz xəstələr deyil, vəziyyəti yaxşılaşan və evə buraxılmağa hazırlaşan şəxslər də var. İnyeksiyadan sağ çıxanların bəziləri həddindən artıq dozanın ağır nəticələrinə məruz qaldılar.
İndiyə qədər irəli sürülən ittihamlar yalnız 2023-cü ilin dekabrından 2024-cü ilin mayına qədər olan dövrü əhatə edir. Hazırda iş yekunlaşmayıb və istintaq davam edir.