Xəzər Universitetinə rektor əvəzi təyin olundu

14:08 - 15 Mart 2025 - Xəbər

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ali məktəbin Direktorlar və Qəyyumlar Şurası qərar qəbul edib.

Qərara əsasən, rektoru səlahiyyətlərinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor, professor Məhəmməd Nuriyevə həvalə olunub. 

Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib. Onun rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub. İ.Xəlilova hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.

Xatırladaq ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır.

Xəbər xətti